Yəmən sionist rejimə qarşı 4 PUA əməliyyatı həyata keçirib
Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Sərinin oxuduğu bəyanatda bu qüvvələrin PUA bölməsinin altı pilotsuz uçan aparatdan istifadə edərək, dörd hərbi əməliyyat həyata keçirdiyini bildirib.
Yəhya Səri deyib ki, işğal altındakı Fələstinin Hayfa, Neqev, Ümm ər-Rəşraş və Beersəbə bölgələrində sionist düşməninin dörd həyati obyektini hədəf alıblar.
Briqada generalı Səri xəbərdarlıq edib ki, sionist düşmənin soyqırım, aclıq və köçkünlük yolu ilə Fələstin məsələsini ləğv etmək məqsədi daşıyan planını davam etdirməsi bütün ərəb və İslam ölkələri və xalqları üçün ciddi nəticələrə səbəb olacaq.
O, həmçinin, ölkələri ümmətin ilk müdafiə xətti kimi Qəzzə müqavimətini dəstəkləmək üçün hərəkətə keçməyə çağırıb.
Səri vurğulayıb ki, Qəzzəyə qarşı təcavüz dayanana və onun mühasirəsi aradan qaldırılana qədər Fələstin xalqına dəstək əməliyyatları davam edəcək.