Livan Hizbullahının baş katibi:
Zamanın Yezidi ilə müharibədəyik; Silahımızı təhvil verməyəcəyik!
Bugünkü müqavimət Kərbəla məktəbinin nəticəsidir və biz Amerika və İsrail rejiminin tiranlarına və bu yolda addımlayan bütün kəslərə şamil olan zamanın Yezidinə qarşıyıq. Bunları, Livan Hizbullahının baş katibi deyib.
Şeyx Nəim Qasim Hüseyn Ərbəini münasibətilə keçirilən mərasimdə əlavə edib: Biz öz gələcəyimizi Hüseyni və Kərbəlayi tərbiyə prinsipi və qaydası əsasında qururuq.
Livan Hizbullahının baş katibi sonra söyləyib: Bizim nöqteyi-nəzərdən, hər zaman, qələbə, şücaət və canfəşanlıq zamanıdır. Bizim 33 günlük müharibədəki qələbəmiz, üçlü ordu-xalq- müqavimət tənliyinin qələbəsi idi.
Bugünkü müqavimət Kərbəla məktəbinin nəticəsidir və İslam Ümmətinin həyatı İmam Hüseyn ələyhissəlam yolunda addımlamaqdır- deyən Şeyx Nəim Qasim vurğulayıb: Biz zamanın Hüseyni(ə) ilə, müqavimət yolunda, nahaqqa qarşı mübarizədə haqqın kənarındayıq və Fələstinin azadlığını himayə edirik.
Livan Hizbullahının 2006-cı ildə sionist rejimlə müharibədəki qələbəsinə işarə edən Livan Hizbullahının baş katibi söyləyib: Biz həmin tarixdə qələbəyə nail olduq, zira, Allah-Taala bizə kömək etdi ki, az sayımızla düşmənlərin çoxluğuna qalib gələk.
O, əlavə edib: Bu qələbə bizim üçün iradə, müqavimət və azadlıq qələbəsi, İsrail rejimi üçün isə məğlubiyyət idi və biz onun işğalçılığına mane olduq. Bizim 2006-cı ildəki qələbəmiz sionistlər qarşısında on yeddi il çəkindiricilik yaratdı.
İran İslam Respublikasının himayələrinə görə minnətdarlıq edən Livan Hizbullahının baş katibi vurğulayıb: Soyqırım, Fələstin xalqını müqaviməti davam etdirməkdən geri oturtmayacaq. Biz Fələstinin hamisiyik, zira, onlar torpağa və iradəyə malikdirlər.