Avq 18, 2025 15:59 Asia/Baku
  • Hizbullah: Hökumət Amerikanın boş vədlərinə arxalanaraq Livanı təhlükəli yola salıb

Livan Hizbullahının yüksək səviyyəli nümayəndəsi Əli Fəyyaz deyib: "Atəşkəs elan edildikdən sonra bu hərəkat Livan rəsmilərinin vəzifələrini yerinə yetirmələri üçün yolu hamarlamağa çalışıb. Hökumət heç bir imtiyaz əldə etmədən düşmənin diktəsinə təslim olmaqla Livanı təhlükəli bir yola saldı".

Əli Fəyyaz ölkədə baş verən hadisələr və Amerika fitnəsi və Livan hökumətinin xarici diktələrə təslim olması ilə bağlı bildirib: "Livanın keçdiyi hazırkı mərhələ kritik, təhlükəli və mürəkkəb bir mərhələdir və Livanlılar böyük narahatlıq yaşyırlar. Livanlıların narahatlığının səbəbi Amerika və sionist rejimin, onlarla paralel hərəkət edən daxildəki bəzi tərəflərlə sıx əməkdaşlıq şəraitində davamlı və geniş fitnələridir. Livan hakimiyyəti işğalçı rejimin Livan torpaqlarından geri çəkilməsi və təcavüzün dayandırılmasının prioritet olduğuna məhəl qoymayaraq, böyük səhvə yol verdi və ölkəni daha təhlükəli və daha mürəkkəb bir vəziyyətə saldı.