Sionist rejim daxilində yeni kabinetin formalaşması ilə bağlı siyasi mübahisələr kəskinləşib;
müxalifət Netanyahunu siyasi səhnədən kənarlaşdırmağa çalışır
Noy 01, 2026 17:59 Asia/Baku
Sionist rejim daxilində yeni hökumətin qurulması ilə bağlı mübahisələr və müxalifətin Netanyahunu siyasi səhnədən kənarlaşdırmaq səyləri şiddətlənib.
Son seçkilərdən sonrakı siyasi hadisələr göstərir ki, bu rejimin siyasi cərəyanları arasındakı rəqabət və ixtilaflar yeni mərhələyə keçib və Benyamin Netanyahunu hakimiyyətdən uzaqlaşdırmaq səyləri davam edir. Sionist rejimin 12-ci televiziya kanalının məlumatına görə, "Yaşar" partiyasının lideri və rejimin keçmiş Baş Qərargah rəisi Ayzenkot Netanyahunun rəhbərlik etdiyi heç bir hökumətdə iştirak etməyəcəyini açıq şəkildə bəyan edib.