İsrailə silah tədarükünə beynəlxalq etiraz
22 ölkədə limanlar dayandırıldı
İşğalçı İsrailə silah və hərbi texnika daşınmasına etiraz olaraq 22 ölkədə 113 limanı əhatə edən beynəlxalq tətil aksiyaları keçirilib.
Cümə günü 25-dən çox həmkarlar ittifaqının iştirakı ilə başlayan aksiyalar bir sıra ölkələrdə liman fəaliyyətini iflic edib.Ən genişmiqyaslı tətillər Yunanıstan və Fransada qeydə alınıb.Xəbər verilir ki, Yunanıstanın Pirey limanında təxminən 3 min işçi yük əməliyyatlarını dayandırıb.Fransanın Le Havr limanında yükləmə-boşaltma işləri, demək olar ki, tamamilə dayanıb.İtaliyanın Genuya, Livorno, Triest və digər liman şəhərlərində də etiraz aksiyaları keçirilib.Təşkilatçıların məlumatına görə, Livornodakı nümayişə təxminən 20 min nəfər qatılıb.Aksiyalar İspaniya, Türkiyə, Mərakeş və digər ölkələrdə də baş tutub.Etirazçılar İsrailə silah, sursat və hərbi texnika daşınmasının dayandırılmasını tələb ediblər.