İyul 28, 2020 20:26 Asia/Baku
  • Ermənistan Bakı və Ankaranın birgə hərbi təlimlərinə etiraz edib

Ermənistan xarici işlər nazirliyi bildirib ki, Bakının Azərbaycan Respublikası və Türkiyənin birgə hərbi təlimlər keçirməsi qərarı sülh prosesinə qayıdışa mane olan təhdidedici bir hərəkətdir.

SəhərAzəri xəbər verir, Ermənistan xarici işlər nazirliyinin sözçüsü Anna Naqdalyan deyib: Azərbaycan Respublikasının bu hərəkəti sülh prosesinə qayıdış üzrə beynəlxalq vasitəçilik səylərinin uğur qazanmasına mane olur. Bu ölkə atəşkəsin gücləndirilməsi üçün konkret addımlar nəzərdə tutmalıdır ki, regiondakı sülh prosesində irəliləyiş və müzakirələrin bərpası imkanı yaranmış olsun.

Ermənistan ordusu iyulun 12-də Azərbaycan Respublikasının sərhəd Tovuz rayonundakı mövqelərini gülləbaran etdi ki, bu ölkə ordusunun qarşılıqlı cavabı ilə üzləşdi. Bu qarşıdurmada tələfat da olubdur.

Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə başlandı və 1992-ci ildə hərbi döyüşlərə gətirib çıxardı. Nəticədə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonu Ermənistan qüvvələrinin işğalı altına keçdi.

Teqlər