İrəvan meriyasında iri korrupsiya
Avq 20, 2020 01:14 Asia/Baku
Ermənistan milli təhlükəsizlik xidməti İrəvan meriyasının keçmiş başçılarının əlbirliyi ilə 470 min dollarlıq korrupsiya və pulyumadan xəbər verib.
SəhərAzəri xəbər verir, İrəvanın sabiq meri Qagik Biqleriyan 2009-cu ildə vəzifəsindən sui-isitfadə etmək və qanunu pozmaqla ictimai əmlakı müəyyən şəxslərə ötürüb və ictimai mülkləri də şəxsi mülk kimi ələ keçiribdir.
Ermənistan milli təhlükəsizlik xidmətinin bildirdiyinə görə, qeyd olunan mülk və əmlaklar cüzi məbləğlər qarşılığında ozamankı merin yaxınlarına və ya onun tabeliyində olan şəxslərə verilibdir.
Məlumata görə, bu iş açıq qalmaqda davam edir və mükəmməl təhqiqat aparılmaqdadır.
Qagik Biqleriyan 2009-cu ilin martında Yerevan Zaxaryanın yerinə İrəvan meri təyin edilmişdi.