Qarabağ müharibəsinin qalibi
Noyabrın 10-nuna keçən gecə Rusiya prezidenti Vladimir Putin, Azərbaycan Respublikası prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında razılaşma imzalandı və Qarabağ müharibəsi sona çatdı.
İkinci Qarabağ müharibəsinin son günlərində Türkiyə Putin və Əliyev arasında bir sülh planı üzərində danışıqların aparılmasından xəbər tutan kimi Ərdoğan və Putin arasında telefon əlaqəsi yaradıldı. Türkiyə sürətlə mövqeyini “Azərbaycanın bütün işğal olunmuş ərazilərinin azad edilməsi”ndən atəşkəs və kompromisə dəyişdi və Şuşadan keçmiş Azərbaycan ordusu Stepanakertin darvazalarında, Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi üçün son stansiyada dayandı və geri çağırıldı. Noyabrın 10-nuna keçən gecə Putin, Əliyev və Paşinyan arasında üçtərəfli saziş imzalandı.
Müharibə sona çatdı, 20 min erməni əsgəri mühasirədən çıxdı və Rusiya qüvvələri sürətlə bölgəyə göndərildi və Rusiya bayrağı müharibənin qalib tərəfi yəni Azərbaycan Respublikasının bütün azad edilmiş ərazilərində dalğalanmaya başladı. ABŞ və Fransanın illər öncə hazırladığı və arxivləşdirilən plan həyata keçdi. Türkiyənin bu planda heç bir yeri yux idi, Lakin İlham Əliyevə göstərilən təzyiqlər nəticəsində, Azərbaycanın payından Türkiyə tərəfinin tələblərinin bir qismi ödənildi. “A Habar” kanalının müxbiri Türkiyənin gözləntilərini bir reportaj şəklində şərh edibdir ki, “Most Favourd Nation” yəni “Dost Xidmətindən Yararlanma” prinsipini xatırladır, yəni Türkiyə Azərbaycan Respublikasının Rusiyaya verdiyi imtiyazların eynisini gözləyir.
“A Habar” müxbiri yazıb: “Rusiyanın 1960 hərbçisi Qarabağa daxil olub. Eyni sayda türk əgəri də bölgəyə göndərilməlidir. Dörd nəzarət zastavası və 16 müşahidə postu qurulacaq. Cari ilin 12 dekabr tarixindən etibarən türk və rus qüvvələri bölgədə patrul xidmətləri həyata keçirəcəklər. Türkiyə və Rusiya hərbçiləri erməni sakinli bölgələrin təhlükəsizliyini təmin edəcəklər. Qarabağda bu tələblərin nə dərəcədə yerinə yetməsindən asılı olmayaraq, Bakıya baxış tərzi əhəmiyyətlidir.
Beləliklə, minlərlə azərbaycanlı şəhidin qanı bahasına qazanılan böyük qələbələr ilə yanaşı, Azərbaycan ərazisində yeni hüquqi anlayışlar formalaşdı. Qarabağ və Laçın dəhlizi faktiki olaraq, tanındı və Rusiya Azərbaycan ərazisində çoxlu sayda baza yaratmaq hüququ qazandı, Türkiyə isə təhlükəsizlik sahəsində “Dost Xidmətindən Yararlanma” prinsipini işə saldı, başqa sözlə, müharibənin qalibi olan Azərbaycanla Suriya kimi davranıldı və onun yolları və şəhərlərində patrul xidmətləri həyata keçəcəkdir.
İran İslam Respublikası da Qafqazda və Qərbi Asiya bölgəsində yeni bir təhlükəsizlik mərhələsinin başlanğıcı olan bu hadisələri izləməyə davam edir.
Hüseyn Yari