Fev 11, 2021 22:38 Asia/Baku
  • İrəvanda əsgər valideynləri prospekti bağladı

Qarabağ müharibəsində itkin düşmüş hərbçilərin yaxınları etiraz aksiyalarını davam etdirib.

SəhərAzəri Axar-a istinadən xəbər verir ki, etirazçılar İrəvanda hökumət binasının yaxınlığında mərkəzi prospekti bağlayıb.

Onlar Ermənistan hökumətini itkin düşənlərin tapılması və qaytarılması üçün heç bir addım atmamaqda ittiham edib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Qeyd edək ki, ötən gün əsgər yaxınları Rusiya səfirliyi qarşısında aksiya keçirərək Rusiyadan kömək istəmişdi.

Teqlər