Üç ölkənin baş nazir müavinləri arasında növbəti görüşün tarixi açıqlandı
https://azeri.sahartv.ir/news/qafqaz-i373749-Üç_ölkənin_baş_nazir_müavinləri_arasında_növbəti_görüşün_tarixi_açıqlandı
Azərbaycan, Ermənistan, Rusiya baş nazir müavinləri arasında Qarabağa dair növbəti görüş fevralın 27-də Moskvada keçiriləcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 26, 2021 18:16 Asia/Baku
  • Üç ölkənin baş nazir müavinləri arasında növbəti görüşün tarixi açıqlandı

Azərbaycan, Ermənistan, Rusiya baş nazir müavinləri arasında Qarabağa dair növbəti görüş fevralın 27-də Moskvada keçiriləcək.

SaharAzeri xəbər verir, bunu Rusiya baş nazir müavini Aleksey Overçuk bildirərək bütün tərəflərin görüşdə iştirak edəcəklərini təsdiqlədiklərini də qeyd edib.

Xatırladaq ki, üç ölkənin baş nazir müavinləri səviyyəsində ilk görüşü yanvarın 30-da Moskva şəhərində keçirilib. Qarabağa dair işçi qrupunun üzvləri daşımalar və onların təhlükəsizliyinin təminatına, habelə başqa nəzarət məsələlərinə dair alt qruplar yaratmaq qərarına gəliblər.