Kreml: Paşinyan Putinlə söhbətdən sonra “İsgəndər”lə bağlı səhv fikirdə olduğunu anladı
https://azeri.sahartv.ir/news/qafqaz-i373883-kreml_paşinyan_putinlə_söhbətdən_sonra_İsgəndər_lə_bağlı_səhv_fikirdə_olduğunu_anladı
“Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə söhbətdən sonra “İsgəndər” məsələsində ona səhv məlumatın çatdırılması qənaətinə gəlməsindən məmnunuq”.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 01, 2021 11:54 Asia/Baku
  • Kreml: Paşinyan Putinlə söhbətdən sonra “İsgəndər”lə bağlı səhv fikirdə olduğunu anladı

“Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə söhbətdən sonra “İsgəndər” məsələsində ona səhv məlumatın çatdırılması qənaətinə gəlməsindən məmnunuq”.

SəhərAzəri xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.

“Həqiqətin bərpa olunması çox vacibdir”, - o vurğulayıb.

Xatırladaq ki, daha öncə N.Paşinyan “İsgəndər” raketinin keyfiyyəti ilə bağlı ona səhv informasiya verildiyini açıqlayıb.