Mart 23, 2021 19:17 Asia/Baku
  • Ermənistan müxalifəti yeni aksiyalara başlayır

Ermənistanın “Vətənin qurtuluşu hərəkatı” adlı müxalifət təşkilatı fevral ayının sonundan parlament binası yaxınlığında bağladıqları Bağramyan prospektini açmaq qərarına gəlib.

 SəhərAzəri   TASS-a istinadən xəbər verir ki, hərəkatın mətbuat xidməti prospektlə kəsişən küçədə çadır düşərgəsini saxlayacaqlarını bildirib.

 Bununla yanaşı, cari şərtlərə uyğun siyasi aksiyaların yeni silsiləsinə başlayaraq bölgələrin əhalisini həmin aksiyalara cəlb edəcəkləri diqqətə çatdırılıb.

 “Vətənin qurtuluşu hərəkatı” baş nazir Nikol Paşinyanın istefası tələbi ilə Yerevanda kütləvi aksiyalar keçirir.

 

Teqlər