Mart 24, 2021 12:53 Asia/Baku
  •    Ermənistanda hərbi vəziyyət ləğv edilib

Ermənistan parlamenti ölkədə hərbi vəziyyətin ləğv edilməsi barədə qərar layihəsini qəbul edib.

SəhərAzəri xəbər verir ki, Ermənistanda tətbiq olunan hərbi vəziyyət rejiminin ləğvi məsələsi parlamentin martın 24-də keçirilən iclasında müzakirəyə çıxarılıb.

Deputatların 118-i hərbi vəziyyət rejiminin aradan qaldırılması barədə layihənin lehinə səs verib. 

Rejimin ləğvi haqda qanun layihəsini Ermənistan parlamentinin müxalifətdə olan "İşıqlı Ermənistan" və "Çiçəklənən Ermənistan" fraksiyaları hazırlayaraq, təqdim edib.

Onlar, Azərbaycan Respublikası ilə hərbi münaqişəsinin bitməsindən aylar keçdiyini nəzərə alaraq, hərbi vəziyyətin artıq mövcud həqiqətlərə uyğun gəlmədiyini və ölkə daxilindəki siyasi proseslərin normal gedişinə ciddi bir maneə olduğunu bildiriblər.

Baş nazir Nikol Paşinyanın "Mənim addımım" parlament fraksiyasının deputatları da bu layihənin lehinə səs veriblər və nəticədə hərbi rejimin ləğvi barədə qərar qəbul olun

Qeyd edək ki, Ermənistanda hərbi vəziyyət 2020-ci ilin 27 sentyabrında Dağlıq Qarabağda genişmiqyaslı hərbi əməliyyatların başlanması ilə əlaqədar elan edilmişdi.

Teqlər