Putin və Paşinyan Qarabağın durumu haqda danışıblar
Apr 25, 2021 20:12 Asia/Baku
Rusiya prezidenti və Ermənistanın baş naziri telefonla rus sülhməramlılarının iştirakı ilə Qarabağ bölgəsində yaradılmış sülh barədə söhbət ediblər.
SəhərAzəri xəbər verir ki, Kremlin mətbuat xidməti bir bəyanatda bildirib ki, Rusiya prezidenti Vladmir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan razılıqla qeyd ediblər ki, rus sülhməramlılarının səyləri sayəsində bölgədə vəziyyət stabil və sakit qalmaqda davam edir.
Bundan əlavə, Nikol Paşinyan Ermənistanın daxili siyasi olayları, xüsusən iyunda keçirilməli olan növbədənkənar parlament seçkiləri ilə bağlı Rusiya prezidenti ilə fikir mübadiləsi aparıb.
Bu telefon söhbəti erməni tərəfi vasitəsilə həyata keçirilib.