May 10, 2021 13:43 Asia/Baku
  • Koçaryan və daşnaklar Paşinyana qarşı blok yaratdılar

20 iyun seçkilərinin vaxtı yaxınlaşdıqca siyasi ab-hava dəyişir.

SəhərAzəri-nin məlumatına əsasən, Ermənistanın keçmiş prezidenti Robert Koçaryan, "Daşnaksütyun" və "Dirçəlməkdə olan Ermənistan" partiyalarının rəhbərləri seçkiqabağı blokun yaradılması haqda memorandum imzalayıblar.

Blokun təqdimatı Yerevanda Koçaryana qoşulan siyasi qüvvələrin mitinqində olub.

Seçkiqabağı blok "Ermənistan" adını alıb. Onun iyun ayında keçiriləcək parlament seçkilərində iştirak edəcəyi güman olunur.

Xatırladaq ki, "Daşnaksütyun" partiyasının rəhbəri siyasətçi İşxan Sağatelyandır, "Dirçəlməkdə olan Ermənistan"a isə Sünik vilayətinin keçmiş qubernatoru Vaqe Akopyan başçılıq edir.

Bu qüvvələr əsasən revanşist adı ilə tanınaraq, Azərbaycanla Ermənistan arasında 44 günlük müharibəyə son qoymuş razılaşmanın əleyhinədirlər. Bəzi revanşistlər isə Şuşa şəhərinə iddialı olaraq müharibə çağırışları ilə çıxış edirlər. 

Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, əgər ermənilər yenidən səhvə yol versələr, dəmir yumruqla üzləşəcəklər. 

Teqlər