Ermənistanda seçkilərdən sonra iğtişaş yarana bilər
https://azeri.sahartv.ir/news/qafqaz-i377873-ermənistanda_seçkilərdən_sonra_iğtişaş_yarana_bilər
Ermənistanda seçki təşviqatı çox sərt və gərgin başlayıb. Tərəflər bir-birilərinə qarşı açıq nifrət hissi sərgiləyirlər.
(last modified 2024-04-14T09:20:47+00:00 )
İyun 10, 2021 08:52 Asia/Baku
  • Ermənistanda seçkilərdən sonra iğtişaş yarana bilər

Ermənistanda seçki təşviqatı çox sərt və gərgin başlayıb. Tərəflər bir-birilərinə qarşı açıq nifrət hissi sərgiləyirlər.

SəhərAzəri-nin məlumatına əsasən, keçmiş prezident Robert Köçəryanın tərəfdarları açıq şəkildə qisas almaqdan danışırlar. Baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan da öz növbəsində siyasi rəqiblərinə qalib gələcəyi təqdirdə siyasi rəqiblərinə qarşı total təqiblər başaladacağını gizlətmir

Görünən odur ki, seçkidə heç bir tərəf hakimiyyətə təkbaşına gələ bilmək üçün yetərli səs qazana bilməyəcək. Bu isə seçkidən sonra Ermənistanda xaosun daha da böyüyəcəyi və vətəndaş müharibəsinə qədər irəliləməsi ehtimalının olduğundan xəbər verir.