İyul 24, 2021 11:02 Asia/Baku
  • Azərbaycan, Rusiya, İran və Türkiyə ümumi regional bazar yaradır

Azərbaycan, Rusiya, İran və Türkiyənin yaratdıqları ümumi regional bazar regionun iqtisadi həyatında canlandırma yarada bilər.

SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan, Rusiya, İran və Türkiyə ümumi regional bazar yaratmaq üçün momerondum hazırlayıblar. Bu barədə İranın informasiya və texnologiyalar naziri Məhəmməd Cavad Azəri Cəhromi məlumat verib. O bildirib ki, bununla bağlı çox yaxın zamanda momerandum imzalanacaq.

İranlı nazir qeyd edib ki, regional bazarlar ticari-iqtisadi münasibətlərdə əsas rol oynayır. Nazir xüsusi olaraq vurğulayıb ki, İran tərəfi ümumi regional bazarın və hüquqi normaların hazırlanması və yaradılması üçün böyük səylər göstərib: “Bu işlər bizim Rusiya, Türkiyə və Azərbaycanla əməkdaşlığımızın nəticəsi olub və bununla əlaqədar müvafiq memorandumlar hazırlanıb”.

Məhəmməd Cavad Azəri Cəhrominin sözlərinə görə, vahid regional bazarın yaradılması məqsədilə Hindistan, Azərbaycan, Türkiyə və Rusiya ilə danışıqlar davam edir: “Bu layihə çərçivəsində Bakı və Tehranda üç iclas keçirilib. İclasların yekunlarına əsasən, ümumi regional bazarın yaradılması üçün əməkdaşlıq barədə saziş imzalanıb”.

Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Məhəmməd Talıblı Poliqon portalına verdiyi müsahibədə deyib ki, regional layihələrdə iştirak etmək üçün, Yeravan Cənubi Qafqaza davamlı sülhün gəlməsini təmin etməlidir. Bunun üçünsə təibi ki, Ermənistan Azərbaycanla sülh sazişi imzalamalıdır. Yəni Yeravan nəqliyyat dəhlizlərinin blokadasının ortadan qaldırılması üçün real addımlar atmalıdır. Əks təqdirdə Ermənistan yenə də regional iqtisadi layihələrdən kanar qalacaq və bu layihələrdən bəhrələnə bilməyəcak.

Teqlər