Sen 09, 2021 12:11 Asia/Baku
  • Qonşularla əlaqələrin genişləndirilməsi Paşinyanın xarici siyasətinin prioritetidir

Ermənistanın baş naziri, İrəvan üçün Rusiya və İran kimi qonşularla dəmir yolu əlaqələrinin qurulması və kommunikasiya xəttlərinin açılmasının son dərəcə vacib və fövqəladə əhəmiyyətə malik olduğunu bildirib.

SəhərAzəri Ermənistanın İctimai Radiosuna istinadən xəbər verir: Ermənistanın baş naziri Nikol Paşiniyan deyib: "İran və Gürcüstanla əlaqələri genişləndirmək üçün şimal-cənub layihəsinin tamamlanması bizim üçün regional əlaqələrin qorunmasında mühüm rol oynayır".

N.Paşinyan, həmçinin Azərbaycan ilə sərhədlərin delimitasiya və demarkasiyasının da gündəlikdə olduğunu bildirib və ümidvarlıq edib ki, Bakının əməkdaşlığı ilə erməni əsir və girovların Ermənistana qaytarılması prosesi sürətlənəcək".

Ermənistanın baş naziri qeyd edib ki, Azərbaycan Respublikasının qərb bölgələri ilə əlaqə qorumaq istəyini başa düşürük, eyni zamanda İran və Rusiya ilə dəmir yolu əlaqələrinin qurulması da İrəvan üçün fövqəladə əhəmiyyətə malikdir".

Ermənistan və Azərbaycan Respublikası orduları 2020-ci il sentyabrın 27-də münaqişəli Dağlıq Qarabağ ərazisində toqquşdular. Bu müharibə 44 gün sonra Rusiyanın vasitəçiliyi və Şuşa şəhəri də daxil olmaqla Qarabağın bir hissəsinin Azərbaycan Respublikasına qaytarılması haqqında razılaşmanın imzalanması ilə başa çatdı.

Azərbaycan və Ermənistan liderləri arasında Moskvada atəşkəslə bağlı razılaşmanın imzalanmasına baxmayaraq, iki qonşu ölkə arasında hələ də davamlı sülh və sabitlik təmin edilməyib və Azərbaycan Respublikasında erməni əsirlər saxlanılır.

Teqlər