Ermənistan Türkiyə ilə danışıqlara başladı
https://azeri.sahartv.ir/news/qafqaz-i380961-ermənistan_türkiyə_ilə_danışıqlara_başladı
Ermənistan hökuməti ölkənin hava yollarına məxsus təyyarələrin Türkiyə üzərindən uçmasına icazə verilməsi üçün Ankara ilə danışıqlar apararır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 11, 2021 05:18 Asia/Baku
  • Ermənistan Türkiyə ilə danışıqlara başladı

Ermənistan hökuməti ölkənin hava yollarına məxsus təyyarələrin Türkiyə üzərindən uçmasına icazə verilməsi üçün Ankara ilə danışıqlar apararır.

SəhərAzəri-nin verdiyi məlumata görə, bu barədə Ermənistanın dövlət avişirkətinin direktor müavini Gevorq Xaçatryan məlumat verib.

O, Türkiyə təyyarələrinin Ermənistan üzərindən uçduğunu bildirib.

Ermənistan rəsmisi onu da qeyd edib ki, mart ayında Ermənistan təyyarələrinin Türkiyə üzərindən uçması üçün rəsmi Ankaraya müraciət etsə də, müsbət cavab ala bilməyib.

Xaçatryan bu məsələnin tezliklə həll olunacağına ümid etdiyini bildirib və deyib: “Hazırda Türkiyə üzərində uçuşlar həyata keçirmirik. Ancaq bu istiqamətdə danışıqlar aparırıq və müsbət dəyişiklər var”.