Aİ-nin Ermənistandakı səfiri:
Danışıqlar Minsk qrupu çərçivəsində getməlidir
Okt 12, 2021 19:59 Asia/Baku
Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistan arasında vasitəçi qismində çıxış etməyə hazırdır.
SəhərAzəri-nin TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Avropa İttifaqının Ermənistandakı səfiri Andrea Viktorin bu gün jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bunun üçün ilk növbədə tərəflərin razılığı olmalıdır.
“Əgər tərəflər istəsə, Avropa İttifaqı Ermənistan və Azərbaycanın danışıqlar prosesində vasitəçi ola bilər. Proses, təbii ki, ATƏT-in Minsk qrupu çərçivəsində getməlidir. Eyni zamanda, Ermənistan və Azərbaycan razılıq verəcəkləri təqdirdə, Avropa İttifaqı sərhədlərin delimitasiya və demarkasiyası prosesində vasitəçi kimi çıxış etməyə hazırdır”, - diplomat vurğulayıb.