Türkiyə ilə münasibətlərin normallaşdırılmasında Rusiya vasitəçilik etsin
https://azeri.sahartv.ir/news/qafqaz-i383428-türkiyə_ilə_münasibətlərin_normallaşdırılmasında_rusiya_vasitəçilik_etsin
Ermənistanın Türkiyə ilə öz münasibətlərini normallaşdırmaq üçün vasitəçilik təklifi ilə Rusiyaya müraciət etdiyi bildirilir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 23, 2021 11:08 Asia/Baku
  • Türkiyə ilə münasibətlərin normallaşdırılmasında Rusiya vasitəçilik etsin

Ermənistanın Türkiyə ilə öz münasibətlərini normallaşdırmaq üçün vasitəçilik təklifi ilə Rusiyaya müraciət etdiyi bildirilir.

SəhərAzəri-nin məlumatına əsasən,Ermənistan XİN-in mətbuat katibi Vaan Unanyan deyib ki, İrəvan Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində vasitəçilik üçün Moskvaya müraciət edib.

Vaan Unanyanın sözlərinə görə, Ermənistanın bir sıra tərəfdaşları, o cümlədən Rusiya bu məsələdə vasitəçilik üçün hazır olduqlarını bildiriblər. Ermənistan isə Kremlə müraciət edib.

“Biz Rusiyanı məlumatlandırdıq ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinə başlamağa hazırıq”, - deyə o qeyd edib.