Dek 22, 2021 13:13 Asia/Baku
  • Rusiya prezdenti Azərbaycan ictimaiyyətinin narahatlığına toxunmayıb

Rusiya lideri sülhməramlı tapşırıqları yerinə yetirən şəxsi heyətə təşəkkür edib.

SəhərAzəri-nin məlumatına əsasən, Rusiya sülhməramlılarının mövcudluğu sayəsində Qarabağda humanitar vəziyyət yaxşılaşıb. RİA Novosti xəbər verir ki, bunu Rusiyanın Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin geniştərkibli kollegiya iclasında çıxışı zamanı bildirib.

"Bir ildən artıqdır ki, bizim sülhməramlılarımız Qarabağda sabitliyi dəstəkləməyə yardım edirlər. Bir çox hallarda onların səyləri sayəsində humanitar vəziyyət yaxşılaşıb, bir sıra rayonlarda minatəmizləmə işləri həyata keçirilib, sosial infrastruktur obyektləri bərpa olunur, tarixi və mədəni abidələr saxlanılıb", - deyə Putin qeyd edib.

Rusiya prezidenti sonda sülhməramlı tapşırıqları yerinə yetirən şəxsi heyətə peşəkarlığına, dözümlülüyünə və möhkəmliyinə görə təşəkkür edib.

Xatırladaq ki, 10.10.2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar. Bəyanata görə, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Azərbaycan ictimaiyyəti sülhməramlıları birmənalı olaraq separatçılara loyallıq göstərməkdə və Azərbaycanın suveren hüquqlarına laqeyd yanaşmaqda ittiham edir. 

Teqlər