“3+3” platforması artıq fəaliyyət göstərir
https://azeri.sahartv.ir/news/qafqaz-i384464-3_3_platforması_artıq_fəaliyyət_göstərir
Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko “Sputnik”ə müsahibəsində deyib: “3+3” regional məşvərət platforması Cənubi Qafqaz ölkələri ilə qonşularını bir-birinə yaxınlaşdırmağa yönəlmiş praqmatik, siyasiləşdirilməmiş format kimi yaradılıb və artıq fəaliyyət göstərir.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Dek 27, 2021 09:52 Asia/Baku
  •  “3+3” platforması artıq fəaliyyət göstərir

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko “Sputnik”ə müsahibəsində deyib: “3+3” regional məşvərət platforması Cənubi Qafqaz ölkələri ilə qonşularını bir-birinə yaxınlaşdırmağa yönəlmiş praqmatik, siyasiləşdirilməmiş format kimi yaradılıb və artıq fəaliyyət göstərir.

SəhərAzəri-nin məlumatına əsasən, Andrey Rudenko deyib: “Birgə işimizdə biz ümumi maraq kəsb edən və etimad tədbirlərinin gücləndirilməsi istiqamətində fəaliyyət göstərən məsələlərə: iqtisadi-ticarət, nəqliyyat, mədəni-humanitar əlaqələrin inkişafı, həmçinin ümumi çağırış və təhdidlərlə mübarizə məsələlərinə diqqət yetiririk.”

Dekabrın 10-da Moskvada keçirilən birinci iclasa toxunan nazir müavini deyib: Bu iclas göstərdi ki, iştirakçılar təkcə konstruktiv dialoqun dəstəklənməsində deyil, həm də praktiki əməkdaşlığın qurulmasında maraqlıdırlar.

Andrey Rudenko Gürcüstanın platformanın ilk iclasında iştirak etməməsindən təəssüfləndiyini dilə gətirərək deyib: Bununla belə, bütün iştirakçılar Gürcüstanın platformaya qoşulmasında maraqlı olduqlarını bildiriblər və razılaşıblar ki, bu ölkə üçün “qapı” açıq qalır”.