May 05, 2022 11:41 Asia/Baku
  • İrəvanda Paşinyana qarşı aksiyalar davam edir

Ermənistan müxalifəti etiraz aksiyasını davam etdirməyə qərar verib.Bu barədə Ermənistan parlamentinin müxalifətçi vitse-spikeri İşxan Saqatelyan məlumat verib.

SəhərAzəri-nin məlumatına əsasən, Saqatelyan qeyd edib ki, bu gün də etiraz aksiyası daha kütləvi formatda davam edəcək.

“Bizim məqsədimiz Paşinyana qeyri-legitim olduğunu bildirməkdir. Onun mandatı yoxdur, o, getməlidir” – deyə Saqatelyan bildirib.

Bu gün xüsusi təyinatlı polis dəstəsi şəhərin mərkəzində yürüş keçirən müxalifətçilərin qarşısını kəsib.

İnsident zamanı onlarla şəxsin saxlanıldığı bildirilir.

Teqlər