İrəvanda müxalifət yürüşə başladı
https://azeri.sahartv.ir/news/qafqaz-i388982-İrəvanda_müxalifət_yürüşə_başladı
Ermənistan müxalifəti hakimiyyətin istefası tələbi ilə yenidən İrəvanda yürüşə başlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 11, 2022 15:12 Asia/Baku
  • İrəvanda müxalifət yürüşə başladı

Ermənistan müxalifəti hakimiyyətin istefası tələbi ilə yenidən İrəvanda yürüşə başlayıb.

SəhərAzəri-nin məlumatına əsasən, vətəndaşlar artıq yürüşdən sonra geniş mitinqin keçiriləcəyi “Fransa” meydanına toplaşmağa başlayıb.

 “Müqavimət” hərəkatının koordinatoru İşxan Saqatelyan bildirib ki, onların məqsədi dəyişməyib – ölkə rəhbərliyi istefa verməyənə kimi vətəndaş itaətsizliyi aksiyaları davam edəcək.

“Biz nümayişə başlayır, yolları, küçə və yolayrıcılarını bağlamağa hazırlaşırıq. Biz etiraz aksiyalarına davam edirik”, - o deyib.