Ermənistanın XİN başçısı yenidən Azərbaycanı ittiham etdi
İddia: “Azərbaycan öhdəliklərini pozub”
Ermənistanın xarici işlər naziri iddia edib ki, Azərbaycan 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatda üzərinə götürdüyü öhdəliklərini pozubdur.
SəhərAzəri-nin məlumatına əsasən, Ararat Mirzoyan “Azadutyun” radiosuna müsahibəsində deyib: "Azərbaycan təkcə üçtərəfli bəyannamə üzrə üzərinə götürdüyü öhdəlikləri deyil, həm də beynəlxalq humanitar hüququ pozaraq, erməni hərbi əsirləri və mülki şəxsləri qanunsuz olaraq girov saxlayaraq onlardan sövdələşmə və insan alveri üçün girov kimi istifadə etməkdə davam edir.
Onun sözlərinə görə erməni əsirlərinin azadlığa buraxılmasını təkcə Ermənistan deyil, bütün sivil dünya Azərbaycandan tələb edir.
O həmçinin deyib: “Azərbaycan əslində üçtərəfli bəyanatın əsas protokollarından birini inkar edir, deyir ki, Dağlıq Qarabağ yoxdur, Dağlıq Qarabağ problemi yoxdur.
Halbuki Azərbaycan prezidenti üçtərəfli bəyanatda Dağlıq Qarabağ qurumunun mövcudluğunu öz imzası ilə təsdiqləyib. Nə qədər ki, üçtərəfli bəyanat var, o subyektin mövcudluğunu inkar etmək mümkün deyil” – deyə Ararat Mirzoyan bildirib.
Mirzoyan əlavə ki, Azərbaycan qüvvələri cari il martın 24-də Dağlıq Qarabağda Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasına soxulmuş və bu günəcən orada qalmaqdadırlar.
O sonra nəqliyyat kommunikasiyalarının blokdan açılmadsının ləngiməsində də Azərbaycanı ittiham edib və deyib ki, əgər Azərbaycan hakimiyyətinin ekstra-ərazi dəhlizinə dair davamlı əsassız bəyanatları olmasaydı, proses daha tez başa çatardı.