Rəsmi İrəvan geri çəkilirmi?
Armen Qriqoryan: Ermənistan qüvvələrinin Qarabağdan çıxarılması məntiqlidir
Ermənistan Təhlükəsizlik Şurasının katibi bəyan edib ki, bu ölkə silahlı qüvvələrinin Qarabağdan çıxarılması atəşkəs əldə edildikdən və Rusiya sülhməramlılarının Qarabağa yerləşdirilməsindən sonra məntiqlidir və proses bu ilin sentyabrında başa çatacaq.
SəhərAzəri-nin məlumatına əsasən, Armen Qriqoryan qeyd edib ki, Rusiya sülhməramlı qüvvələrinin Qarabağda yerləşdirilməsi həm də təhlükəsizliyin təminatı olmalıdır.
Qriqoryan bildirib ki, Rusiya sülhməramlı qüvvələrinin mövcudluğu Qarabağ ermənilərinin təhlükəsizliyinin təmin edilməsində əsas rol oynayır.
Qeyd edək ki, Azərbaycan dövləti dəfələrlə Ermənistanı 10 noyabr 2020-ci il razılaşmasının 4-cü bəndini icra etməməkdə və Rusiya qüvvələrini bu məsələyə biganə yanaşmaqda ittiham edir. Bildirir ki, erməni hərbi birləşmələri ləğv edilməli və Ermənistan ordusunun qoşun hissələri tezliklə bölgəni tərk etməlidirlər.