Dek 12, 2022 18:01 Asia/Baku
  • Qarabağdakı “rus icması” erməniləri soydaş adlandırdı

Qarabağdakı “rus icması”nın sədri Aleksandr Bordov azərbaycanlıların Şuşa-Xankəndi yolunda keçirdiyi aksiyaya münasibət bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, “Dağlıq Qarabağ”da yaşayan soydaşlar öz mülki, siyasi, sosial, iqtisadi və mədəni hüquqlarını həyata keçirməkdə, öz hüquqlarını qorumaqda Rusiyanın dəstəyinə arxalanmaq hüququna malikdirlər”, icma sədri deyib.

 

Bordov Azərbaycan Respublikasını 10 noyabr Üçtərəfli bəyanatını pozmaqda ittiham edib:

“Təəssüf ki, bizim ciddi problemlərimiz var və bu, ilk növbədə, müharibədən sonrakı reallıqlara aiddir. 10.11.2020-ci il tarixli Üçtərəfli atəşkəs sazişi vaxtaşırı kobud şəkildə pozulur”-, Bodrov deyib.

Qeyd edək ki, Azərbaycanda Rus İcması rəsmən qeydiyyatdadır və aktiv də fəaliyyət göstərir. Bu icmanın rəhbəri Mixail Zabelin həm də millət vəkilidir.

 

Teqlər