Paşinyan: “Sülh sazişi layihəsinin növbəti mərhələsi başa çatıb”
https://azeri.sahartv.ir/news/qafqaz-i397457-paşinyan_sülh_sazişi_layihəsinin_növbəti_mərhələsi_başa_çatıb
Ermənistan Respublikası Azərbaycanla sülh və münasibətlərin qurulması haqqında saziş layihəsinin növbəti mərhələsi üzrə işləri başa çatdırıb.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Fev 16, 2023 09:27 Asia/Baku
  • Paşinyan: “Sülh sazişi layihəsinin növbəti mərhələsi başa çatıb”

Ermənistan Respublikası Azərbaycanla sülh və münasibətlərin qurulması haqqında saziş layihəsinin növbəti mərhələsi üzrə işləri başa çatdırıb.

Bu barədə baş nazir Nikol Paşinyan bildirib.

O deyib: “Təkliflərimiz Azərbaycan tərəfinə çatdırılıb və sənəd ATƏT-in Minsk Qrupunun həmsədrlərinə də göndərildi. Əlbəttə, aydındır ki, bu sənəd Azərbaycan üçün məqbul olmalıdır və biz ümid edirik ki, danışıqların üç raundu nəticəsində müşahidə olunan müəyyən irəliləyişi inkişaf etdirə bilərik”.