Apr 22, 2023 16:12 Asia/Baku
  • Rusiya dumasının komitə sədri Azərbaycanı ittihamlandırıb

Rusiya Dövlət Dumasının İnformasiya siyasəti komitəsinin sədri Oleq Matveyçev Bakını sülhə mane olmaqda ittiham edib.

SəhərAzəri-nin məlumatına görə, O, "rusarminfo" saytına açıqlamasında Azərbaycanın və Türkiyənin cənubi Qafqazda sülhün bərqərar olunmasına maraqlı olmadıqlarını iddia edib.
Oleq Matveyçev, Bakı və Ankaranın münaqişəni davam etdirmək üçün Ermənistanı təxribata çəkdiklərini qeyd edib.

Deputat üçtərəfli razılaşmaların və münaqişənin dayanmasının Azərbaycan və Türkiyəni qane etmədiyini bildirərək, regionda sülhün Azərbaycan, Türkiyə və Qərbi qane etmədiyini iddia edib. 

"Onlar (Azərbaycan və Türkiyə tərəflərini nəzərdə tutur-red.) hesab edirlər ki, tamamilə hər şeyi əldə edə bilərdilər. Lakin Rusiya ilə hesablaşmaq məcburiyyətində qaldılar. Buna uyğun olaraq dayandılar”,- Rusiya Dumasının komitə sədri deyib.

Oleq Matveyçev bu bəyanatından sonra Azərbaycan Respublikasının Moskvadakı səfirliyi Səfirlik Rusiya Xarici İşlər Nazirliyinə etiraz notası göndərib.

Etiraz məktubunda “Vahid Rusiya” partiyasından olan deputatın Azərbaycan və Türkiyəyə qarşı fikirlərinin qəbuledilməz olduğu vurğulanmış, onların regionda sabitliyi pozmağa yönəldiyi və Ermənistan cəmiyyətində revanşist qüvvələrin keçmişdə qalmış münaqişəni yenidən alovlandırmağa təhriki kimi qiymətləndirilib.

Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova da Oleq Matveyçevin Azərbaycan barədə son fikirlərinə qarşı etiraz olaraq Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının sədri Vyaçeslav Volodinə məktub ünvanlayıb.

Məktubda qeyd edilir ki, Rusiya rəsmilərinin bu kimi bəyanatları Rusiya Federasiyasının vasitəçilik fəaliyyətinə kölgə salır. 

Məktubda Dövlət Dumasının deputatının sözü gedən bəyanatına qiymət verilməsinin zəruriliyi ifadə edilib. 

 

Teqlər