Ermənistan ordusuna dəstək imkanları araşdırılacaq
https://azeri.sahartv.ir/news/qafqaz-i406005-ermənistan_ordusuna_dəstək_imkanları_araşdırılacaq
Avropa İttifaqı Avropa Sülh Fondu çərçivəsində Ermənistan ordusuna dəstək imkanlarını araşdıracaq.
(last modified 2024-04-14T09:20:47+00:00 )
Noy 30, 2023 08:23 Asia/Baku
  • Ermənistan ordusuna dəstək imkanları araşdırılacaq

Avropa İttifaqı Avropa Sülh Fondu çərçivəsində Ermənistan ordusuna dəstək imkanlarını araşdıracaq.

Bu barədə Aİ nümayəndələrinin İrəvana səfərinin yekunları üzrə dərc olunmuş bəyanatda deyilir.

Qeyd olunub ki, Ermənistanda keçirilən görüşlərdə təhlükəsizlik və müdafiə sahələrində dialoqun və əməkdaşlığın davam etdirilməsinə qarşılıqlı maraq təsdiq edilib.

Bəyanatda bildirilir ki, Aİ, Ermənistan hökuməti və beynəlxalq maliyyə qurumlarını birləşdirəcək platforma yaradılıb. Bu, İqtisadi və İnvestisiya Planı çərçivəsində Aİ-nin Ermənistana investisiyalarının artırılmasına kömək edəcək və bu plan vasitəsilə artıq Ermənistanda 500 milyon avroya qədər investisiya səfərbər edilib.

Uzunmüddətli perspektivə gəlincə, AB mühüm infrastruktura və digər layihələrə sərmayə qoyuluşu üçün 2,6 milyard avronun ayrılmasını nəzərdə tutan İqtisadi və İnvestisiya Planını təkrarlayıb.