Lavrov Fidan və Bayramovla Qafqaz olaylarını araşdırıb
https://azeri.sahartv.ir/news/qafqaz-i406811-lavrov_fidan_və_bayramovla_qafqaz_olaylarını_araşdırıb
Rusiya xarici işlər naziri Türkiyə və Azərbaycan Respublikasının xarici işlər nazirlərilə telefon söhbətlərində region ölkələrinin İrəvan-Bakı münasibətlərinin normallaşdırılması sahəsindəki rollarına təkid edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 23, 2023 13:28 Asia/Baku
  • Lavrov Fidan və Bayramovla Qafqaz olaylarını araşdırıb

Rusiya xarici işlər naziri Türkiyə və Azərbaycan Respublikasının xarici işlər nazirlərilə telefon söhbətlərində region ölkələrinin İrəvan-Bakı münasibətlərinin normallaşdırılması sahəsindəki rollarına təkid edib.

Azərbaycan Respublikasının xarici işlər nazirliyi bir bəyanatda bildiribdir ki, bu ölkənin xarici işlər naziri Ceyhun Bayramov və Rusiyanın xarici işlər naziri Sergey Lavrov ikitərəfli əməkdaşlıqlar və regionun durumu haqda söhbət edibər.

Lavrov Türkiyənin xarici işlər naziri Hakan Fidanla da Azərbaycan Respublikası ilə Ermənistan arasında sülh danışıqları prosesi barədə danışıb.

Fidan bu danışıqda Bakı ilə İrəvan arasında sülh müqaviləsinin vaxtından əvvəl imzalanmasının önəminə təkid edib.