Dek 26, 2023 11:47 Asia/Baku
  • Şahramanyanın son qərarı kəskin tənqid olundu

Qarabağ separatçılarının son lideri Samvel Şahramanyanın 28 sentyabr fərmanını ləğv etməsi Ermənistanın hakim dairələri tərəfindən qınaq obyektinə çevrilib.

Hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Artur Hovannisyan bu barədə deyib: “Ermənistanda bircə hakimiyyət var. Ona meydan oxuyan hər hansı bir şəxsin hərəkəti antidövlət aktı elan olunacaq, həmiş şəxs qanundankənar elan ediləcək və ona qarşı ən sərt dövlət tədbirləri görüləcək”.

Hovannisyan separatçıların rəhbərliyini Ermənistanı yeni hərbi təxribata çəkməkdə ittiham edib.

Başqa bir iqtidar deputatı Lilit Minasyan isə deyib: “İrəvanda Qarabağa dair imzalanmış istənilən sənədin heç bir hüquqi gücü olmayacaq”.

Qeyd edək ki, Şahramanyan Azərbaycanın Qarabağda keçirdiyi 19-20 sentyabr əməliyyatından bir həftə sonra mümkün hərbi toqquşmaların dayandırılması üçün qondarma “Artsax respublikası” və onun “müdafiə ordusunun” 2024-cü il yanvarın 1-dən buraxılacağına dair fərman imzalamışdı.