Zelenskinin Ermənistana səfər proqramı olmayıb
Ukrayna rəsmən bildirib ki, bu ölkə heç vaxt Prezident Vladimir Zelenskinin Ermənistana səfər edəcəyi haqda məlumat yaymayıb.
Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov Zelenskinin Ermənistana səfərinin ləğv edilməsi barədə məlumatı şərh edərkən deyib ki, Kiyev heç vaxt belə səfər barədə məlumat verməyib, ona görə də Prezident Ofisi səfərin ləğvi barədə heç nə deyə bilməz.
Qeyd edək ki, Zelenskinin 4 martda İrəvana səfər edəcəyi barədə məlumatı Ermənistan XİN təkzib etməmişdi. Daha sonra isə Nikol Paşinyanın Münhendə olarkən buna “regional səfər olacağı halda razılaşdığı” bildirildi.
Ötən gün Zelenskinin Ermənistana səfərinin ləğv edildiyi haqda məlumat yayıldı və bu gün rəsmi Kiyev bildirir ki, Ukrayna prezident administrasiyasının heç vaxt belə bir səfərdən xəbəri olmayıb. Bu isə Zelenskinin Ermənistana səfər edəcəyi barədə məlumatın tamamiylə yalan olduğu deməkdir.