Mart 03, 2024 14:08 Asia/Baku
  • “Nizamlanma yalnız üçtərəfli bəyannamələr əsasında mümkündür”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalya Diplomatiya Forumunun yekunlarına dair mətbuat konfransında bildirib ki, liderlər tərəfindən imzalanmış sazişlər Bakı və İrəvan arasında münasibətlərin tənzimlənməsi üçün əsas olaraq qalır və nizamlanma üçün üçtərəfli bəyanatlara alternativ yoxdur.

Rusiya xarici işlər naziri diqqəti Bakı ilə İrəvan arasında alternativ olaraq “müxtəlif Qərb xadimlərinin himayəsi altında” təşkil olunan təmaslarına yönəldib və qeyd edib ki, Bakı Rusiya, Ermənistan və Azərbaycanın bir sıra üçtərəfli bəyanatlarına uyğun olaraq bütün məsələləri həll etməyə hazır olduğunu təsdiqləyib.

O eyni zamanda vurğulayıb ki, Moskva həm regionda bütün kommunikasiya kanallarının blokunun açılmasına, həm də sərhədin demarkasiyasına və müvafiq olaraq sülh müqaviləsinin hazırlanmasına dəstəyi davam etdirməyə hazırdır.

 

 

Teqlər