Mart 04, 2024 15:07 Asia/Baku
  • Ermənistan çeşidli şəriklər axtarışındadır

Ermənistanın Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu ölkənin ictimai televiziyasına verdiyi müsahibədə deyib ki, Rusiya silah vermədiyinə görə, İrəvan başqa şəriklər axtarışına təşəbbüs göstərib.

Armen Qriqoryan bildirib ki, Ermənistan 2021-ci ilin əvəllərində Rusiya ilə silah satın alınmasına dair müqavilə imzalayıb ancaq bu silahlar hələ də Ermənistana təhvil verilməyib.  

“Bu Rusiyanın seçimi idi və onlar bizi belə bir reallıq qarşısında qoydular və biz yeni ortaqlar axtarışına başlamaq məcburiyyətində qaldıq. Yeni ortaqlar isə Hindistan, Fransa, Avropa Birliyinin ayrı-ayrı ölkələrindən ibarətdir. Biz bir çox ölkələrlə əməkdaşlıqlara start vermişik və bir milyarddan çox silah müqaviləsi imzalamışıq.”, Qriqoryan deyib.

Ermənistan MTŞ-nin katibi alternativlərin hər hansı ölkəyə öz mənafeyini mühafizə etmək imkanı yaratdığını da diqqətə çəkib:

“Bizim ən böyük strateji səhvimiz 1991-ci ildən bəri bütün sahələrdə Rusiyaya asılı vəziyyətdə olmağımızdır. Rusiya Ermənistana yardım etməmək qərarına gəldikdə isə təhlükəsizlik sistemimiz çökdü və Ermənistan alternative axtarmağa başladı və baş verən hadisələr bu müstəvidə qiymətləndirilməlidir”,- Armen Qriqoryan