Ağ evin müdaxilə büdcəsi
Ermənistana 52, Azərbaycana 9 milyon dollar
Ağ Ev ABŞ hökumətinin gələn il üçün nəzərdə tutulan 7,3 trilyon dollarlıq büdcəni açıqlayıb.
Dövlət katibinin müavini Riç Verma deyib ki, Ukraynaya 482 milyon dollar dəstək nəzərdə tutulub. 999 milyon dollar isə Çin və Rusiyanın Avropa, Avrasiya və Mərkəzi Asiyada təsirinin qarşısının alınmasına sərf ediləcək.
Əsasən, Moldova və Gürcüstan kimi "qeyri-sabit" mühitə malik ölkələrin dəstəklənməsi və Belarusda demokratik gələcəyin təmin edilməsi, Ermənistanın iqtisadi və demokratik dayanıqlığının artırılması nəzərdə tutulur.
Baltikyanı ölkələrə (Estoniya, Latviya və Litva) və Gürcüstana hərbi dəstək üçün 204,2 milyon dollar nəzərdə tutulub.
Cənubi Qafqaza gəlincə, Baydenin büdcə təklifi Ermənistan üçün 52 milyon dolları nəzərdə tutur,
Demokratik islahatlar, qanunun aliliyi, dezinformasiya və korrupsiyaya qarşı mübarizənin dəstəklənməsinə 45 milyon dollar ayrılacaq. Fondlar həmçinin yerli səviyyədə idarəetmə islahatlarını və iqtisadi inkişafı dəstəkləyəcək, benefisiarlar Qarabağdan köçkünlər olacaq.
Gürcüstan 80 milyon dollar, Azərbaycan 9 milyon dollar alacaq.
Ötən ildən fərqli olaraq, bu dəfə Azərbaycanın büdcə sorğusuna terrorizmlə mübarizə və minalardan təmizləmə proqramlarının maliyyələşdirilməsi daxil deyil.