İyul 23, 2024 15:21 Asia/Baku
  • “Bu oğurluq cavabsız qalmayacaq”

Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirlərin Qərb dövlətləri tərəfindən Ukraynaya köçürülməsi beynəlxalq hüququn pozulmasıdır. Bunu Kremlin sözçüsü Dmitri Peskov brifinqdə deyib.

Pskovun sözlərinə görə, Rusiyanın dondurulmuş aktivlərinin Ukraynanın silah-sursatla təmin edilməsinə ayrılması oğurluqdur: Bu “oğurluq” cavabsız qalmayacaq”,- Kremlin sözçüsü deyib.

Xatırladaq ki, Aİ diplomatiyasının rəhbəri Cozep Borrel ötən gün Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən 1,4 milyard avro məbləğində vəsaitin avqustun ilk həftəsində Avropa Komissiyasına köçürüləcəyini bildirib. Onun sözlərinə görə, vəsaitdən Kiyev üçün hava hücumundan müdafiə sistemləri və mərmilərin alınması üçün istifadə olunacaq.