Okt 11, 2024 13:09 Asia/Baku
  • Sərdar Berdıməhəmmədov Pezeşkiyanı qarşıladı

İran İslam Respublikasının prezidenti məşhur türkmən şairi “Məxtumquli Fərağinin” vəfatının 300-cü ildönümü münasibətilə keçirilən “Zaman və sivilizasiyaların qarşılıqlı əlaqəsi – sülh və inkişafın əsası” sammitində çıxış edəcək.

Bu səfər zamanı prezident Pezeşkiyan Türkmənistanın ümummilli lideri və Rusiya prezidenti Vladimir Putin ilə də görüşəcək.Məsud Pezeşkiyanı Aşqabad səfərində İranın xarici işlər naziri Seyid Abbas Əraqçi, mədəniyyət və islami irşad naziri Seyid Abbas Salehi və mədən sənayesi və ticarət naziri Məhəmməd Ətabək müşayiət edirlər.

Teqlər