Alen Simonyan:
“Dəhliz məsələsi bizim üçün qırmızı xəttdir”
Ermənistan parlamentinin sədri Alen Simonyan Ermənistanın konstitusiyasında dəyişikliyi istisna etməsə də, dəhliz məsələsinin İrəvanın qırmızı xətti olduğunu deyib.
Ermənistan-Azərbaycan sülh müqaviləsi üzrə danışıqlar prosesinin dalana dirəndiyini hesab etmir. Bu barədə “Azadlıq” radiosunun erməni xidmətinə danışan Alen Simonyan bildirib ki, tərəflər prosesin dalana dirənməsinə imkan verməməlidir.
Azərbaycan parlamentinin sədri Sahibə Qafarova ilə Cenevrədə görüşün baş tutmamasına toxunan Alen Simonyan görüşün Azərbaycan tərəfindən ləğb olunduğunu deyib.
“Bir daha təklif etdim ki, sizin üçün hər hansı münasib vaxtda görüşməyə və davam etməyə hazıram, çünki bu format bizim məsələləri müzakirə etmək üçün mövcuddur. Lakin bir müddət sonra Bakıdan cavab verdilər ki, yox, baxışımız dəyişməyib”, – deyə o bildirib.
Sülh müqaviləsinə gəldikdə, spiker bildirib ki, Bakı və Yerevan prosesin dalana dirənməsinə imkan verməməlidir.
Yerevanın hər hansı güzəştə getməsi haqda suala Alen Simonyan konkret cavab verib:
“Söhbət hansı güzəştlərdən gedir? Ermənistan beynəlxalq hüququn və öz suverenliyinin sərhəddinə çatıb və onun kənarında dayanıb və artıq güzəştə yer qalmayıb”.
Ermənistan parlamentinin spiker II Qarabağ müharibəsində beynəlxalq ictimaiyyətin İrəvanın istədiyini təmin etməməsinin səbəbinə də toxunub:
“Səbəb bizim tərəfimizdə legitimliyin olmaması idi. Azərbaycan Qarabağda əməliyyat keçirdi, çünki onun çərçivəsində BMT-nin ən azı 3-4 qətnaməsi var idi”-Simonyan deyib.
Alen Simonyan onu da vurğulayıb ki, dəhliz məsələsi onların qırmızı xəttidir:
“Konstitusiya məsələsinə gəlincə, mən hesab etmirəm ki, biz qərar verməli olduğumuz məqama çatmamışıq. Demişik ki, həll yolu budur. Lakin dəhliz məsələsində bu, bizim üçün qırmızı xəttdir”.