İlhamın hədə dolu çıxışından sonra Bakı ilə Rusiya arasında diplomatik böhran artıb
Yan 12, 2025 17:05 Asia/Baku
Rusiya İctimai Palatasının Koordinasiya Şurasının üzvü Vladimir Karasevin İlham Əliyevi sərt tənqid etməsindən sonra Azərbaycanın Rusiyadakı səfirliyi Rusiya tərəfinə nota göndərərək Əliyevə ünvanlanan təhqiramiz ifadələri qəbuledilməz adlandırıb. Səfirlik Rusiya tərəfini gələcəkdə oxşar hadisələrin qarşısını almağa və nəzarəti gücləndirməyə çağırıb. Kremlin sözcüsü Dmitri Peskov bildirib ki, Kreml Karasevin sözlərinin məzmunundan xəbərsizdir.