Ermənilər Azərbaycandan cavab gözləyirlər
https://azeri.sahartv.ir/news/qafqaz-i419373-ermənilər_azərbaycandan_cavab_gözləyirlər
Ermənistan xarici işlər nazirinin müavini bəyan edib ki, sülh müqaviləsi imzalamaq təklifinə Azərbaycandan hələ də cavab yoxdur.
(last modified 2025-03-24T08:53:02+00:00 )
Mart 24, 2025 12:32 Asia/Baku
  • Ermənilər Azərbaycandan cavab gözləyirlər

Ermənistan xarici işlər nazirinin müavini bəyan edib ki, sülh müqaviləsi imzalamaq təklifinə Azərbaycandan hələ də cavab yoxdur.

Paruyr Hovhannisyan bu barədə deyib: “Ermənistan sülh müqaviləsinin imzalanma tarixini və yerini müəyyən etmək üçün Azərbaycanla danışıqlara başlamağa hazır olduğunu bildirsə də, rəsmi Bakıdan hələlik cavab almayıb və keçmiş təcrübəyə əsasən deyə bilərəm ki, biz irəliyə doğru addım atanda qarşı tərəf çox vaxt təxribatlara gedir və hətta iki addım geri çəkilir”.

O, Azərbaycanın Ermənistanın müqavilənin imzalanması üçün yer və vaxtın seçilməsi ilə bağlı danışıqlara başlamaq təklifinə cavab vermədiyini bildirib. “Bu bəyanata hələ də cavab yoxdur... Biz bu istiqamətdə beynəlxalq arenada tərəfdaşlarımızla işləməyi davam etdiririk”, - deyə Hovhannisyan qeyd edib.

Ermənistan və Azərbaycan hökumətləri martın 13-də sülh müqaviləsi ətrafında danışıqların uğurla başa çatdığını elan ediblər.