Sen 13, 2025 12:21 Asia/Baku
  • Azərbaycan və Ermənistan pisləmədi, ancaq narahatdırlar!

Cənubi Qafqaz ölkələri vampir İsrailin Qətərə zərbə endirməsinə reaksiya verib.

Sentyabrın 9-da vəhşi İsrail rejimi Qətərin paytaxtı Dohada ABŞ-ın vasitəçiliyi ilə Qəzzə ilə bağlı atəşkəs təklifini müzakirə edən yüksək səviyyəli Həmas liderlərinin görüşünü hədəfə alması bu günlər Yaxın Şərq regionunda gündəmi dəyişdi.

Hava zərbələri uğursuz qalsa da, Həmasın yüksək rütbəli lideri Xəlil əl-Həyyin oğlu və Qətər Daxili Təhlükəsizlik Qüvvələrinin üzvü də daxil olmaqla altı nəfərin şəhadəti ilə nəticələndi.

“Atəş Zirvəsi Əməliyyatı” adlandırılan hava hücumu İsrailin Qətərə qarşı ilk hərbi əməliyyatı idi. Qətər uzun müddət Həmasın siyasi rəhbərliyinə ev sahibliyi edir və regional sülh səylərində vasitəçi kimi çıxış edir. Məqsədli görüş Qəzzə münaqişəsinin söndürülməsinə yönəlmiş davam edən danışıqların bir hissəsi idi.

Rusiya Xarici İşlər Nazirliyi hücumu beynəlxalq hüququn və Qətərin suverenliyinin “kobud şəkildə pozulması” adlandırıb. Qətərin baş naziri Şeyx Məhəmməd bin Əbdülrəhman ali-Sani hücumu "dövlət terroru" kimi pisləyib.

Cənubi Qafqaz ölkələrindən Ermənistan Respublikası Dohada yaşayış məntəqələrinin atəşə tutulmasından dərin narahatlığını bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyi də Qətərə hücumla bağlı narahatlığını ifadə edərək, X-də qeyd edib: "Biz regional gərginliyi daha da gücləndirmək riski ilə Qətərə qarşı hücumdan dərin narahatıq. Biz Qətərin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik və hamını regionda sabitliyin qorunması üçün diplomatik səylərə üstünlük verməyə çağırırıq".

Gürcüstan tərəfi isə hələlik heç bir rəsmi açıqlama verməyib.