Prezidenti Vahaqn Xaçaturyandan ilginc açıqlama:
Ermənistan artıq Rusiyanın "kiçik qardaşı" deyil
Sen 13, 2025 14:23 Asia/Baku
Ermənistan prezidenti Rusiyanın Cənubi Qafqazda hegemoniyasına qarşı olduqlarını vurğulayıb.
Vahaqn Xaçaturyan RTVI kanalına xüsusi müsahibəsində deyib: “Son dörd il ərzində Ermənistan öz məqsədinə nail olub və bu gün Ermənistala Rusiya arasında "həqiqətən tərəfdaşlıq münasibətləri" bərqərardır”.
Ermənistan prezidentinin sözlərinə görə, hazırda Rusiya ilə münasibətlər tamamilə fərqlidir, həqiqətən tərəfdaşlıq münasibətləri mövcuddur. “Rusiyanın Ermənistana münasibəti böyük-kiçik qardaş kimi deyil, sadəcə olaraq tərəfdaşlıq münasibətləridir. Bizim son dörd ildə əldə etməyə çalışdığımız şey, və İrəvan istəyir ki, rusiyalı həmkarları Ermənistan hakimiyyətinin müstəqil qərarlarını nəzərə alsınlar”, - deyə Xaçaturyan qeyd edib.