Okt 05, 2025 18:50 Asia/Baku
  • Avropa İttifaqının səfiri Tiflisdəki çaxnaşmalarda məsuliyyət daşıyır

Gürcüstan baş naziri İrakli Kobaxidze bildirib ki, Avropa İttifaqının Tiflisdəki səfiri Pavel Herçinski hazırda Tiflisdə hökm sürən çaxnaşmalarda müqəssirdir.

Kobaxidze keçirdiyi mətbuat konfransında belə deyib: Bilirsiniz ki, bəzi xaricilər, o sıradan, Avropa İttifaqının nümayəndəsi birbaşa şəkildə əsas qanun sisteminin devrilməsi üzrə səyi himayə ediblər. Bu keçmişə əsasən, Avropa İttifaqının Gürcüstandakı səfiri bu məsələdə xüsusi məsuliyyət daşıyır.

Şənbə günü Gürcüstanda meriyalara keçirilən seçki günündə müxaliflər tərəfindən Tiflis şəhərinin Azadlıq meydanında toplantı keçirildi. Ondan sonra bəzi etirazçılar prezident iqamətgahına doğru hərəkət ediblər. Məhz bu məkanda çaxnaşmalar baş verdi.