Avropa Rusiyaya hücum edərsə, müharibə qısa olacaq
https://azeri.sahartv.ir/news/qafqaz-i423120-avropa_rusiyaya_hücum_edərsə_müharibə_qısa_olacaq
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskvanın Avropaya hücum etmək niyyəti yoxdur, lakin Avropa ölkələri Rusiyaya hücum edərsə, bu, qısa bir müharibə olacaq.
(last modified 2026-09-16T15:39:03+00:00 )
Sen 16, 2026 19:36 Asia/Baku
  •  Avropa Rusiyaya hücum edərsə, müharibə qısa olacaq

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskvanın Avropaya hücum etmək niyyəti yoxdur, lakin Avropa ölkələri Rusiyaya hücum edərsə, bu, qısa bir müharibə olacaq.

Sergey Lavrov Beynəlxalq Gənclər Festivalındakı çıxışı zamanı deyib: “Avropaya hücum etmək fikrində olmadığımızı dəfələrlə dilə gətirmişik. Belə bir niyyətimizin və marağımızın olmadığını vurğulayıram. Lakin hər gün Rusiya ilə müharibəyə hazırlaşdığını bildirən Avropa ölkəmizə hücum edərsə, bu, tamamilə fərqli və çox qısa bir müharibə olacaq",O əlavə edib ki, bu mövqe bundan əvvəl Rusiya prezidenti Vladimir Putin tərəfindən də vurğulanıb.Lavrov həmçinin iddia edib ki, Qərb ölkələri öz hökmranlıqlarını qorumaq üçün “çirkli taktikalar”dan istifadə edirlər. Lavrov, Rusiyanın Qərb ölkələri ilə qarşıdurma ardınca olmadığını vurğulayıb