Türkiyədə seçki zorakılıqları
İyun 04, 2015 15:38 Asia/Baku
-
Türkiyədə seçki zorakılıqları
Türkiyədəki ən yeni seçki zorakılıqlarında bir nəfər ölüb, səkkiz nəfər də yaralanıb.
IRIB-nin məlumatına görə, Türkiyə parlament seçkilərinə üç günün qaldığı bir halda, bu ölkədəki siyasi partiyalar arasında çəkişmələr son sukta ərzində bir nəfərin ölməsi və səkkiz nəfərin yaralanması ilə sonuclanıb.Dünən gecə kürdsakinli Binqol vilayətinin Karlı Ova məntəqəsində Xalqların Demokratik Partiyasının təbliğat avtomobilinin sürücüsü naməlum şəxslərin atəşi ilə öldürülüb.
Bitlis vilayətinin Ahlat məntəqəsindən karvan formasında və qələbə əlamətini göstərərək, bu vilayətin Adil Cəvaz rayonunda seçki mitinqinə yola düşən Ədalət və İnkişaf Partiyasının tərəfdarlarından bir qrupu Xalqların Demokratik Partiyasının tərəfdarları tərəfindən döyülüb və onlardan səkkiz nəfər yaralnıbdır.
Bu gün günortadan öncə də Ərzurum şəhərində deyilənlərə görə, bu şəhər əhalisindən olan bir qrup Xalqların Demokratik Partiyasının seçki mitinqinə hücum edib. Təhlükəsizlik qüvvələri şəhərin durumunu nəzarətə almaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edərək, onları dağıdıblar.
Türkiyə seçki qanunlarına görə, seçki şəraitinə malik olan şəxslərin seçkilərdə iştirakı icbaridir və qaydanı pozanlar cərimə olunurlar.
Teqlər