Seyid Həsən Nəsrullahın şəhadətinin ikinci ildönümünə həsr olunmuş yürüş keçirilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i423280-seyid_həsən_nəsrullahın_şəhadətinin_ikinci_ildönümünə_həsr_olunmuş_yürüş_keçirilib
Seyid Həsən Nəsrullanın şəhadətinin ikinci ildönümü münasibətilə Livan xalqının geniş iştirakı ilə möhtəşəm bir yürüş keçirilib.
(last modified 2026-09-27T09:07:36+00:00 )
Sen 27, 2026 13:05 Asia/Baku
  • Seyid Həsən Nəsrullahın şəhadətinin ikinci ildönümünə həsr olunmuş yürüş keçirilib

Seyid Həsən Nəsrullanın şəhadətinin ikinci ildönümü münasibətilə Livan xalqının geniş iştirakı ilə möhtəşəm bir yürüş keçirilib.

Livanda yerləşən Fələstin Müqavimət Komitəsi, Seyid Həsən Nəsrullanın şəhadətinin ikinci ildönümü münasibətilə xalqı ümumi yürüşə və şəhid liderin xatirəsini əziz tutmağa çağırıb; Livan xalqı da geniş iştirakı ilə bu çağırışa cavab verib. Yürüş, Şəhid Qasım Süleymaninin xatirə abidəsinin qarşısından başlayıb və hava limanı istiqamətində davam edib və iştirakçılar sonda Seyid Həsən Nəsrullanın məzarına doğru hərəkət ediblər. Həmçinin Seyid Həsən Nəsrullah və Seyid Haşim Səfiəddinin şəhadətinin ikinci ildönümü mərasimi sabah müqavimətin şəhid seyyidinin məzarının kənarında keçiriləcək.