İyun 07, 2015 08:43 Asia/Baku
  • Yəmən ordusu Ərəbistanın neft nəhəngini atəşə tutdu
    Yəmən ordusu Ərəbistanın neft nəhəngini atəşə tutdu

Ərəbistanın Yəmənə təcavüzünün 73-cü günündə Yəmən ordusu ARAMKO neft şirkətinin obyektlərinə doğru 5 raket atıb.

Səhər Beynəlxalq Televiziyasının əl-Məyadin telekanalına istinadla verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının əsas neft şirkəti və bu ölkənin ikinci iqtisadi nəhəngi olan ARAMKO şirkətinin obyektləri artıq ikinci dəfədir ki, hədəfə alınır.
Dünyanın hazırkı neftinin təxminən dörddə biri olan yəni 259 milyard barel neftə sahib Ərəbistanın müəyyənləşən xam neft ehtiyatlarının təxminən 99%-i ARAMKO şirkətinin ixtiyarındadır. Bu isə Amerika Birləşmiş Ştatlarının neft ehtiyatları qarşısında təxminən 12 dəfə çoxdur.
Həmçinin Yəmən ordusunun arsenalları Cənubi Zəhranda səudiyyəli hərbçilərin mövqelərini atəşə tutublar.
Yəmən ordusu dünən də 2 Skad raketi ilə Xəmis şəhərində Əmir Xalid Bin Əbdüləzizin hava bazasını hədəfə almışdı.
Səudiyyə Ərəbistanının F-15 qırıcı təyyarələri bu bazada saxlanılır.
Həmçinin Ərəbistanın bir neçə hərbi bazası da bu şəhərin ətrafında yerləşir.
Yəmən ordusu və xalq qüvvələri həmçinin Ərəbistanın Cizan sərhəd məntəqəsindəki hərbi mövqelərinə 80 raket atıblar.
Ərəbistanın rəsmi televiziyası şənbə günü bildirib ki, yəmənlilərin hücumlarından birində 4 səudiyyəli hərbçi öldürülüb. Lakin yəmənlilər deyirlər ki, sərhəd döyüşlərində səudiyyəlilərin tələfatı onlarla olmuşdur.
Həmçinin yəmənlilər bildiriblər ki, indiyə qədər sərhəd bölgələrində 150-dən çox səudiyyəli hərbçi əsir götürülüb.
Yəmən ordusu Ərəbistanın sivillərə qarşı vəhşicəsinə hücum və təcavüzünə 2 ay səbr etdikdən sonra təxminən 10 gün öncədən Ərəbistanın strateji bölgələrini hədəfə alır.

Teqlər