Misirdə 6 aprel hərəkatı ümumi tətilə çağırıb
İyun 08, 2015 13:30 Asia/Baku
Misirdə 6 aprel gənclər hərəkatı hazırkı rejimin mövcudluğu sayəsində bu ölkənin qarşıq iqtisadi və ictimai curumuna etiraz olaraq, ümumi tətilin keçirilməsini istəyib.
Səhər kanalının Əlyəum Əlsabə xəbər portalına istinadlı məlumatına görə, 6 aprel gənclər hərəkatının siyasi bürosunun üzvü Muhəmməd Nəbil bildirib ki, bu hərəkat iyunun 11-də birgünlük tətildə iştirak istiqamətində daha çox insanı cəzb etmək üzrə səyini davam etdirəcək.O, qeyd edib ki, 6 aprel gənclər hərəkatı bəyannamələrin paylanması yolu ilə vətəndaşları, habelə sayt istifadəçilərini bu ümumi tətildə iştiraka çağırışını davam etdirəcək.
Nəbil həmçinin bildirib ki, bu hərəkat xəbər mediları vasitəsilə bu tətildə iştirak etmək üçün Port-Səiddən 30 min fəhlənin öz hazırlığını elan etməsindən xəbərdar olub.